RU

Qəzzada ölənlərin sayı bu qədər oldu

İsrailin 2023-cü il oktyabrın 7-dən bəri həyata keçirdiyi hücumlarda həlak olanların sayı 57 min 680-ə, yaralıların sayı isə 137 min 409-a yüksəlib.


Manset.az xəbər verir ki, bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son 24 saatda bölgədə 105 nəfər ölüb, 530 nəfər yaralanıb. Martın 18-dən bəri davam edən hücumlarda isə əlavə olaraq 7 min 118 nəfər həyatını itirib, 25 min 368 nəfər xəsarət alıb.

Qəzza zolağında minlərlə insanın hələ də dağıntılar altında olduğu bildirilir.

Избранный
15
manset.az

1Источники