BAKI, 9 iyul. TELEQRAF
“Sumqayıt” futbol klubu yaxın müddətdə azarkeşlərini sevindirəcək.
Teleqraf-ın əldə etdiyi məlumata görə, “gənclik şəhəri” təmsilçisinin fan-şopu açılacaq.
Mağaza Sumqayıt şəhərinin mərkəzi küçələrinin birində fəaliyyət göstərəcək.
Fan-şopda yerli azarkeşlər “Sumqayıt”ın yeni mövsüm formalarını və atributlarını əldə edə biləcəklər.