RU

Husilər bir həftə ərzində ikinci gəmini batırır

Yəmən sahillərində Ənsar Allah (Husilər) hərəkatının hücumuna məruz qalan Yunanıstana məxsus Eternity C yük gəmisi batıb.

NOCOMMENT.az bu barədə Reuters-ə istinadən xəbər verir.

Agentlik yazır: “Yunan şirkəti tərəfindən idarə olunan Liberiya bayraqlı Eternity C gəmisi Yəmən sahillərində husilərin hücumundan sonra batdı, dörd dəniz təhlükəsizliyi mənbəsi çərşənbə günü bildirib.”

Onun mənbələrinə görə, hazırda Qırmızı dənizdə axtarış-xilasetmə əməliyyatı aparılır, nəticədə 5 ekipaj üzvü artıq xilas edilib.

Bundan əvvəl husilər Yunanıstanın Magic Seas yük gəmisinə hücuma görə məsuliyyəti öz üzərinə götürmüşdülər. İyulun 7-də axşam gəmi Qırmızı dənizdə batıb.

Избранный
49
nocomment.az

1Источники