RU

Azərbaycan Voleybol Federasiyası məşqçi-müəllimlər üçün məşqçi kursu təşkil edəcək

Azərbaycan Voleybol Federasiyası (AVF) növbəti dəfə məşqçi-müəllimlər üçün “1-ci dərəcə” məşqçi kursu təşkil edir.
14-20 iyul tarixlərində Naxçıvanda İlham Əliyev adına OİK-də baş tutacaq kursda AVF-nin Naxçıvan filialının tərkibinə daxil olan şəhər və rayonlardan məşqçi-müəllimlər iştirak edəcəklər. Nəzəri və praktik hissələrdən ibarət olacaq dərsləri AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Doc.Dr.Cengiz Akarçeşme keçəcək. Sonda təşkil olunacaq imtahandan uğurla keçəcək mütəxəssislər AVF-nin “1-ci dərəcə” sertifikatını alacaqlar.
Qeyd edək ki, 2024-cü ildə Qəbələdə (9-12 avqust), Sumqayıtda (21-26 sentyabr) və Bakıda (7-22 dekabr) “1-ci dərəcə” məşqçi kursları keçirilib. Federasiya tərəfindən digər bölgələrdə də kurslar da təşkil olunacaq. “1-ci dərəcə” sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər.

Избранный
50
5
report.az

6Источники