RU

TƏCİLİ: “Manat avro qarşısında devalvasiyaya uğradı, dollara nisbətdə isə…” KONKRET

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər avronun manat qarşısında bahalaşması müşahidə olunur. Hətta 1 avronun 2 manatı örtdüyü ilə bağlı da fikirlər səsləndirilir. Bəs görəsən, dolların manat qarşısında bahalaşaraq 2 manatı civarına yüksəlməsi mümkündürmü?

Mövzunu KONKRET.az-a iqtisadçı ekspert Əkrəm Həsənov şərh edib:

Əkrəm Həsənov

“Azərbaycan manatı ucuzlaşmayıb. Manatı Mərkəzi Bank hər zaman dollara bağlayıb. Bizdə 2017-ci ilin fevralından məzənnə sabitdir. Yəni 1 dollar 1.70 manatdır. Ona görə də dünyada dollar bahalaşanda Azərbaycan manatı bütün valyutalara münasibətdə dəyər qazanmağa başlayır. Dollar ucuzlaşanda isə əksinə proses cərəyan edir. Yəni Azərbaycan manatı avro və digər valyutalara münasibətdə ucuzlaşmağa başlayır. Amma dollara münasibətdə bizim milli valyutamız sabitdir. Əslində avroya qarşı manat ucuzlaşıb. Bunun özü də bir devalvasiyadır. Ancaq bizdə manatı dollara bağladıqları üçün valyutamız sabit qalır və bu istiqamətdə heç bir problem yoxdur”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
23
2
konkret.az

3Источники