RU

Trampın qərarına Rusiyadan “yumşaq” cavab

ABŞ-ın Kiyevə silah tədarükünün bərpası münaqişənin diplomatik yollarla həllinə kömək etməyəcək.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O xatırladıb ki, Vaşinqtonun əvvəllər Kiyevə silah tədarükünü dayandırmaq qərarından sonra ABŞ yenidən onların bərpası ilə bağlı bəyanatlar verib:

“Bu cür addımların nəticələrini qiymətləndirmək qalır. Əminliklə demək olar ki, Ukraynayaya silahların tədarükünün davamı, yumşaq desək, münaqişənin sülh yolu ilə həllinə kömək etmir, görünür, elə həmin dünya ictimaiyyəti, o cümlədən Qərb də indi hamını buna çağırır”.

Qeyd edək ki, Tramp Ukraynaya silah tədarükünü bərpa etdiyini açıqlayıb.

Избранный
18
2
axar.az

3Источники