RU

Ağdamda infrastruktur işlərinə 9,6 milyon manat xərclənəcək

BAKI, 9 iyul. TELEQRAF

Ağdam, Füzuli Və Xocavənd Rayonlarıda Bərpa,Tikinti Və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi Ağdam rayonunda F-2 yaşayış məhəlləsi üzrə energetika təsərrüfatı obyektləri, sahədaxili su, kanalizasiya, elektrik təchizatı, xarici işıqlandırma, yol və səkilərin abadlaşdırılmasına 9 milyon 675 min 661 manat vəsait xərcləyəcək.

Teleqraf xəbər verir ki, qurum bunun üçün tender elan edib və podratçı axtarışındadır.

Qeyd edək ki, təkliflərin son təqdimolumna tarixi avqustun 6-dır. Zərflərin də həmin gün açılması nəzərdə tutulur.

Избранный
47
teleqraf.com

1Источники