“Çin iqtisadiyyatı istənilən xarici şoka tab gətirməyə və uzunmüddətli sabit artıma nail olmağa tam qadirdir”.
Bakues.az “Sinxua”ya istinadən xəbər verir ki, bunu Çinin baş naziri Li Qiang deyib.
Onun sözlərinə görə, bu ilin əvvəlindən Çin iqtisadiyyatı təzyiqlərə tab gətirərək sabit və müsbət dinamikasını qoruyub:
“Hazırkı qlobal iqtisadi və ticarət mənzərəsi təktərəflilik və proteksionizmin artması, habelə ticarət və investisiya maneələrinin artması səbəbindən dərin dəyişikliklərə məruz qalır. Eyni zamanda, texnoloji inqilabın və sənaye transformasiyasının yeni dalğası davam edir, biznes üçün həm çağırışlar, həm də imkanlar yaradır. Çin şirkətləri bu tendensiyaya uyğunlaşacaq və fəal addımlar atacaq. İlin ilk yarısı Çinin iqtisadi artımı davamlı olub, daxili tələb yüksəlib və innovasiyaların diqqət mərkəzində olub”.
Asim