Tayvan illik "Hanguang" hərbi təlimlərinə başlayıb.
News365.az xəbər verir ki, bu barədə "Focus Taiwan" məlumat yayıb.
Məlumata görə, təlimlər iyulun 18-dək davam edəcək və Tayvanın tarixində ən uzunmüddətli təlim olacaq.
1984-cü ildən bəri belə təlimlər adətən beş gün dörd gecə davam edib.
Qeyd olunub ki, təlimlərin məqsədi Çinin mümkün işğalı qarşısında Tayvanın döyüş hazırlığını yoxlamaqdır.