RU

İran Xarici İşlər Nazirliyi: İsrail və ABŞ-ın hücumları Yaxın Şərqin təhlükəsizliyini təhdid edir » AzadMedia.az


İsrail və ABŞ-ın İrana zərbələri bütün Yaxın Şərqin təhlükəsizliyi üçün görünməmiş təhdiddir. Bu barədə İran Xarici İşlər Nazirliyinin rəhbəri Ərakçi bildirib.
İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Arakçi Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə görüşdə deyib ki, İsrail və ABŞ-ın İrana qarşı hücumları bütün Yaxın Şərqin təhlükəsizliyi üçün görünməmiş təhlükəyə çevrilib.

“BMT Nizamnaməsini və beynəlxalq hüququ, habelə nüvə silahının yayılmaması rejimini açıq şəkildə pozan hərbi təcavüz bütün Qərbi Asiyanın təhlükəsizliyi və sabitliyi üçün görünməmiş təhlükəyə çevrilib” - Abbas Arakçı deyib.

O vurğulayıb ki, bu təcavüzə qarşı çıxan region ölkələrinin vahid mövqeyi İsrail tərəfindən müharibənin qızışdırılmasına kollektiv müqavimətin zəruriliyi ilə bağlı konsensusa dəlalət edir.

Xatırladırıq ki, İsrail mayın 13-də ölkənin nüvə potensialını məhv etmək məqsədi ilə İran ərazisinə hücum edib. İyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri İranın nüvə proqramı çərçivəsində uranın zənginləşdirilməsinin həyata keçirildiyi müəssisələrinə də zərbələr endirib. İyunun 24-dən etibarən ölkələr arasında atəşkəs rejimi qüvvədədir.
Избранный
13
azadmedia.az

1Источники