22–26 iyul tarixlərində Şimali Makedoniyanın paytaxtı Skopyedə XVIII Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) çərçivəsində cüdo yarışları keçiriləcək.
Apasport.az xəbər verir ki, EYOF-da Azərbaycanı 12 çəki dərəcəsində 12 cüdoçu (6 oğlan, 6 qız) təmsil edəcək. Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.
Cüdoçularımıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcək.
Qeyd edək ki, festivalın cüdo yarışlarında 44 ölkədən 341 idmançı (184 oğlan, 157 qız) qüvvəsini sınayacaq.
Heyəti təqdim edirik:
Qızlar
-44 kq
Gülşən Hüseynova
-48 kq
Nuranə Hacızadə
-52 kq
Aysun Məmmədova
-57 kq
Səmayə Yusifli
-63 kq
Ayan Əliyeva
+70 kq
Zemfira Əliyeva
Oğlanlar
-50 kq
Rza Xəlilli
-55 kq
Rəsul Əlizadə
-60 kq
Zeyd Ələsgərov
-73 kq
Məhəmməd Ağakişiyev
-81 kq
Amin Mehdiyev
+90 kq
Sübhan Axundov
Kəmər dərəcələri üzrə imtahan keçirilib
Cüdo üzrə kişilər arasında Liqa yarışının II turu keçirilib
Bakıda Dan dərəcələri üzrə seminar və imtahan keçiriləcək
Cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər
Bakıda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək