RU

I Aram da narahat oldu: İrəvana gəlmək istəyir

Böyük Kilikiya Evinin katolikosu I Aram Ermənistanın ictimai-siyasi həyatında yaranmış qeyri-sağlam atmosferi aradan qaldırmağa çağırıb.

Publika.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə Kilikiya Katolikosluğunun rəsmi səhifəsində yazıb.

“Müqəddəs Eçmiədzin və Milli Məclis kimi millət üçün mühüm strukturlarda baş verənlər xüsusi qınağa layiqdir”, - deyən katolikos erməni dilində onun ağrısını və qəzəbini ifadə etmək üçün sözlər olmadığını deyib.

“Hər yerdə fikir ayrılıqları var, lakin məsələnin həllinə nail olmaq üçün sakit bir atmosferdə müzakirə edilməlidir”, - I Aram deyib.

O, 6 ilə yaxındır ki, Ermənistana səfər etmədiyini, lakin son vaxtlar ölkədə alovlanan ehtirasları sakitləşdirmək üçün ora getməyi tez-tez düşündüyünü qeyd edib.

“Lakin hazırkı hadisələr, o cümlədən silsilə həbslər belə bir qərarın qəbul edilməsinə kömək etmir”, - deyə o əlavə edib.

Избранный
20
publika.az

1Источники