RU

İsveçrə Milli Bankı ilə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

Bakı, 9 iyul, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov İsveçrə Milli Bankının sədri Martin Şlegel ilə görüşüb.

AMB-dan AZƏRTAC-a bildirilib ki, isveçrəli sədrin Azərbaycana ilk işgüzar səfərində baş tutmuş bu görüş zamanı qlobal iqtisadiyyat və maliyyə bazarlarında gedən proseslər, ortamüddətli dövr üçün pul siyasəti və maliyyə sabitliyi üzrə prioritetlər, eləcə də maliyyə sektorunun inkişafına dair rəqəmsal təşəbbüslər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə, həmçinin ölkələr arasında tərəfdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edilib və qurumlar arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Избранный
108
8
azertag.az

10Источники