RU

Fransanın Rumıniyada prezident seçkisinə müdaxiləsi ilə bağlı Durovun ittihamlarına Parisdən cavab

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransanın Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəhbəri Nikola Lerner "Telegram"ın həmtəsisçisi Pavel Durovun Rumıniyada prezident seçkisinə müdaxilə ilə bağlı ittihamlarını təkzib edib.

Oxu.Az bu barədə TASS-a istinadla xəbər verir.

Lernerin sözlərinə görə, Durovla görüşündə yalnız xüsusi xidmət orqanları ilə şifrəli mesajlaşma platformaları arasında əməkdaşlıq məsələləri müzakirə olunub, "Telegram"da müəyyən kanalların bloklanması ilə bağlı heç bir tələb irəli sürməyib, çünki Durovun söz azadlığına münasibətini bilir.

Qeyd edək ki, mayın 18-də Durov bəyan edib ki, mesencer Rumıniyada seçki ərəfəsində "Qərbi Avropa ölkələrindən birinin" rumın mühafizəkarlarına məxsus kanalların bloklanması ilə bağlı müraciətini yerinə yetirməkdən imtina edib. O, sonradan "X" sosial şəbəkəsində paylaşım edərək həmin ölkənin Fransa olduğunu və 2025-ci ilin yazında Fransa xarici kəşfiyyatının rəhbəri Nikola Lernerin bu xahişlə ona müraciət etdiyini dəqiqləşdirib.

Fransa kəşfiyyat xidməti isə təsdiqləyib ki, son illər ərzində Pavel Durovla bir neçə dəfə birbaşa əlaqə saxlayıblar. Məqsəd, onun rəhbərlik etdiyi şirkətə terrorizm və uşaq pornoqrafiyası ilə mübarizədə məsuliyyətini xatırlatmaq olub. Bununla belə, qurum seçki prosesi ilə əlaqədar hər hansı hesabın bağlanması ilə bağlı müraciət edildiyi iddialarını qətiyyətlə təkzib edib.

Daha sonra Durov Rumıniyada prezident seçkisinə ehtimal olunan xarici müdaxilə ilə bağlı ifadə verməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Fransa kəşfiyyatı terrorizm və uşaq pornoqrafiyası ilə mübarizə adı altında Rumıniya, Moldova və Ukrayna vətəndaşlarının IP ünvanları ilə maraqlanıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
59
oxu.az

1Источники