İsrail ordusu Livanın cənubunda Hizbullah hərəkatının Bədr bölməsinin səhra komandiri Hüseyn Əli Muzhiri öldürüb.
Axar.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, öldürülən şəxs bu yaxınlarda Hizbullahın Livanın cənubunda artilleriya qüvvələrini yerləşdirmək səylərində iştirak edib:
“Bu, İsrail və Livan arasında atəşkəs razılaşmalarının kobud şəkildə pozulmasıdır”.