Xankəndi, 9 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC
Diplomatik xidmət orqanları rəhbərlərinin “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda təşkil olunan IX müşavirəsinin iştirakçıları Xankəndi şəhərinə gəliblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyəti Xankəndi şəhərinin mərkəzi hissəsi ilə tanış olur. Xankəndi şəhəri ilə tanışlıqdan sonra Qarabağ Universitetində diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsinin xüsusi sessiyası keçiriləcək.