ABŞ Senatındakı respublikaçılar ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə bağlı tənqidi açıqlamalarını dəstəkləyir...
Poliqon xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb.
Respublikaçı senator Con Kornin deyib: "Mən çox şadam ki, prezident Tramp Putinin onu aldatdığını başa düşdü".
Başqa bir respublikaçı Lindsey Qremə görə Tramp Putinin oynadığı oyunları dəqiq görüb. O əlavə edib ki, Senat yaxın vaxtlarda Rusiyaya qarşı "sarsıdıcı sanksiyalar" haqqında onun təşəbbüsü ilə irəli sürdüyü qanun layihəsini qəbul edəcək.
İyulun 8-də Tramp Putinlə danışıqlardan kəskin danışıb. O bildirib ki, Rusiya prezidentindən çoxlu cəfəngiyatlar eşidir, bu, yaxşı səslənir, amma sonda mənasızdır.
Bundan əvvəl senator Qrem Ağ Ev rəhbərinin Rusiya Federasiyasına qarşı yeni sanksiyalar tətbiq etmək niyyətini açıqlamışdı. Bu qanun layihəsi Ukraynaya dəstək verməyən və təbii ehtiyatları Rusiyadan alan ölkələrdən idxal olunan mallara 500 faizlik rüsumun tətbiqini nəzərdə tutur. Washington Post hesab edir ki, o, qəbul olunarsa, ABŞ bütün dünya ilə ticarət müharibəsinə başlayacaq.
Poliqon.info