RU

İsrail Suriyada 11-ci hərbi bazasını qurub


İsrail Suriyada hər keçən gün mövqelərini möhkəmləndirməkdə davam edir. ArtıqTəl-Əviv höküməti Suriyada yerləşdirdiyi hərbi bazalarının sayını artıq 11-ə çatdırıb. Son məlumata görə, İsrail qüvvələri Şam şəhərinə cəmi 35 kilometr məsafədə yeni hərbi baza inşa edib. Həmin bazada mühüm raket sistemləri yerləşdirilməyə başlanıb.
Bundan əlavə, məlumatlarda deyilir ki, İsrail yeni bazalarında hərbi helikopterlər üçün xüsusi meydançalar da tikir. Bu isə İsrailin Suriyadakı əməliyyat potensialını daha da artırmağa xidmət edir. Lakin hazırkı Suriya hakimiyyətindən bu məsələ barədə heç bir açıqlama və münasibət mövcud deyil.

Mətləb

Избранный
21
baki-xeber.com

1Источники