RU

SEPAH İranın cənub-şərqində terrorçu qruplara qarşı əməliyyat keçirtdi

Vətəninfo.az xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkənin cənub-şərq bölgəsində terror qruplaşmasının məhv edildiyini elan edib.

İslam İnqilabı Keşikçiləri Korpusu Quru Qoşunlarının Qüds Qüvvələri Qərargahının İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilən məlumata görə, “Təhlükəsizlik Şəhidləri” əməliyyatı çərçivəsində və ayıq-sayıq əyalət sakinlərinin köməyi ilə Çabahar şəhərində bir neçə terror qruplaşmasının yaraqlılarının sığınacağı aşkar edilib.

İslam İnqilabı Keşikçiləri Korpusunun məlumatına görə, ildırım xüsusi əməliyyatı nəticəsində 6 terrorçu ya öldürülüb, ya da həbs edilib. Onlardan bir neçə ədəd yüngül və ağır silahlar, eləcə də külli miqdarda partlayıcı maddə götürülüb.

Açıqlamada qeyd edildiyi kimi, saxlanılanlar insanların sıx olduğu yerlərdə silsilə terror aktları planlaşdırırdılar.

Избранный
30
veteninfo.az

1Источники