Dünyanın ən böyük yük maşını istehsalçılarından biri olan "Daimler Truck", 2030-cu ilə qədər Almaniyada təxminən 5000 nəfəri işdən çıxarmağı planlaşdırdığını açıqlayıb.
Marja.az xəbər verir ki, Baş ofisi Almaniyada yerləşən "Daimler Truck" şirkəti ABŞ-ın Şimali Karolina ştatının Şarlotta şəhərində Kapital Bazarları Günü tədbirini keçirib. Tədbirdə şirkət istehsalı ən sərfəli ölkəyə keçirmək planını açıqlayıb.
Plana görə, Almaniyada 2030-cu ilə qədər təxminən 5000 nəfərin ixtisar ediləcək. Şirkət xərcləri 1 milyard avrodan çox azaltmağı hədəfləyir. Şirkətinin Almaniyada təxminən 35 min 500 nəfər işçisi var.