Bakı. Trend:
Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarındadəyişiklik edilir.
Trend-inməlumatına görə, bununla bağlı məsələ Milli Məclisin iyulun 14-dəkeçiriləcək iclasının gündəliyinə daxil edilən “Daşınmaz əmlakındövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunlayihəsində öz əksinin tapıb.
Qanun layihəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasıüçün təqdim edilən sənədlərlə torpağın kateqoriyası (məqsədlitəyinatı) dövlət torpaq kadastrında saxlanılan məlumatlara uyğungəlmədikdə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən 15 işgünü müddətində yerquruluşu sənədlərinin təhlili yolu ilə araşdırmaaparılacaq.
Həmçinin, araşdırmanın nəticəsinə əsasən təqdim edilənsənədlərdə göstərilən məlumatların doğruluğu təsdiq edildikdə əmlaküzərində hüquqlar dövlət qeydiyyatına alınacaq və dövlət torpaqkadastrında müvafiq düzəlişlər edilir.