Bakı. Trend:
Madridin “Real” futbol klubunun futbolçularını daşıyan təyyarəgüclü qasırğa ilə əlaqədar bir neçə saat ABŞ-nin Nyuark şəhər havalimanına enə bilməyib.
Trend xəbər verirki, bu barədə “El Chiringuito” X sosial şəbəkəsində yazır.
Dispetçerlər iki saat ərzində hava laynerinin eniş etməsinəicazə verməyib və buna görə Madrid klubu baş məşqçi Xabi Alonsonunmətbuat konfransını ləğv etmək məcburiyyətində qalıb.
Məsələyə FIFA qarışmalı olub. Beynəlxalq futbol federasiyasıtəyyarənin ən qısa zamanda eniş etməsinə vasitəçilik etməyəçalışıb.
Qeyd edək ki, bu gün (iyulun 9-da) “Real” klublar üzrə dünyaçempionatının yarımfinal mərhələsində Fransanın PSJ klubu iləüz-üzə gələcək. Görüş Bakı vaxı ilə 23:00-da keçiriləcək.