ABŞ-də keçirilən klublararası dünya çempionatında yarımfinal mərhələsinin ikinci oyunu bu gün keçiriləcək.
Sportinfo.az xəbər verir ki, UEFA Çempionlar Liqasının son qalibi PSJ "Real"la üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Qalib komanda finalda İngiltərənin "Çelsi" kollektivi ilə görüşəcək.
Final matçı iyulun 13-də, Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.