RU

“Qalatasaray” “Napoli” ilə razılaşdı

BAKI, 9 iyul. TELEQRAF

Türkiyənin “Qalatasaray" klubu Viktor Osimhenin transferi ilə bağlı İtaliya "Napoli"si ilə razılığa gəlib.

Teleqraf məşhur insayder Canluka Di Martsioya istinadən xəbər verir ki, İstanbul təmsilçisi 26 yaşlı hücumçu üçün qarşı tərəfə 75 milyon avro ödəyəcək.

Nigeriyalı futbolçu “sarı-qırmızılar”la illik 16 milyon avro maaşla 4 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Viktor Osimhen 2024/25 mövsümündə icarə əsasında "Qalatasaray"da çıxış edib. O, iştirak etdiyi 30 oyunda 26 qol və 5 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” portalı Osimheni 70 milyon avro qiymətində dəyərləndirir.

Избранный
54
45
teleqraf.com

10Источники