RU

Ukrayna Aİ-nin Rusiya əleyhinə ən son sanksiyalar paketinə qoşulub

Ukrayna Prezidenti Volodimir Zelenski milli təhlükəsizlik və müdafiə şurasının iyulun 8-də “Şəxsi xüsusi iqtisadi və digər məhdudlaşdırıcı tədbirlərin (sanksiyaların) tətbiqi haqqında” qərarını təsdiqləyib.

“Report” xəbər verir ki, bununla bağlı müvafiq sərəncamlar dövlət başçısının saytında dərc olunub.

Nazirlər Kabinetinin hər bir sərəncamına barəsində məhdudlaşdırıcı tədbirlər tətbiq edilən hüquqi və fiziki şəxslərin siyahısı əks olunan iki əlavə var. Ukrayna Xarici İşlər Nazirliyinə bu sanksiyaların tətbiqi barədə Avropa İttifaqının, ABŞ-ın və digər ölkələrin səlahiyyətli orqanlarını məlumatlandırmaq tapşırılıb.

Ukrayna Prezidentinin müşaviri Vladislav Vlasyuk bildirib ki, Zelenskinin imzaladığı fərmanlar Ukraynaya qarşı sanksiyaları Aİ-nin 15, 16 və 17-ci sanksiya paketləri ilə sinxronlaşdırır.
Избранный
22
3
sherg.az

10Источники