RU

“Qalatasaray”dan 75 milyon avroluq təklif

BAKI, 9 iyul. TELEQRAF

“Qalatasaray” “Napoli”nin 26 yaşlı hücumçusu Viktor Osimhen üçün 75 milyon avro təklif edib.

Teleqraf xəbər verir ki, həmin məbləğ nigeriyalı futbolçunun müqaviləsindəki satınalma maddəsinin məbləğinə uyğun gəlir.

Türkiyə klubu bu bəndi aktivləşdirə bilməyəcək. “Qalatasaray”ın “Napoli”yə təklifi Osimhenin alınması üçün beş il ərzində nağd pulun ödənilməsini nəzərdə tutur.

Forvard 75 milyon avroya alınarsa, bu "Qalatasaray" tarixinin ən bahalı transferi olacaq.

Yada salaq ki, Osimhen ötən mövsüm "Qalatasaray"da icarə əsasında oynayıb. O, bütün turnirlərdə 41 matçda 37 qol vurub, 8 məhsuldar ötürmə edib. Futbolçunun "Napoli" ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Избранный
85
teleqraf.com

1Источники