Bakı. Trend:
May ayında Avrozonada işsizlik səviyyəsi artıb.
Trend xəbər verir ki, AvropaStatistika Bürosunun (“Eurostat”) məlumatına görə, Avrozonada aprelayında 6,2 faiz olan işsizlik səviyyəsi mayda 6,3 faizə yüksəlib.Avropa İttifaqında isə apreldə 5,9 faiz təşkil edən işsizliksəviyyəsi mayda dəyişməyərək sabit qalıb.
May ayında Avropa İttifaqında işsizlərin sayı 13 milyon 52 minnəfər təşkil edib ki, onların da 10 milyon 830 mini Avrozonadadır.Yaşı 25-dək olan işsizlərin sayı Aİ-də 2 milyon 864 min, Avrozonada2 milyon 281 min təşkil edib. Gənclər arasında işsizlik səviyyəsiisə Aİ-də 14,8 faiz, Avrozonada 14,4 faiz olub.