"Atletiko"dan ayrılan Reynildo Mandavanın yeni klubu müəyyənləşib.
QOL.az xəbər verir ki, mozambikli müdafiəçi karyerasını İngiltərədə davam etdirəcək.
Yeni mövsümdə Premyer Liqada çıxış edəcək "Sanderlend" azad agent statusunda olan Reynildon ilə 2 illik müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 31 yaşlı Mandava ötən mövsüm "Atletiko"nun heyətində 30 rəsmi matçda meydana çıxıb.