RU

Tramp administrasiyası "Apple" rəhbərliyini hökuməti aldatmaqda ittiham edir

ABŞ prezidenti Donald Trampın administrasiyası “Apple” şirkətinin Çin istehsalından asılılığı səbəbindən texnologiya nəhənginə yenidən təzyiq göstərib. 

Valyuta.az xəbər verir ki, Ağ Evin ticarət və istehsal üzrə baş müşaviri Piter Navarro bu barədə “MacRumors” nəşrinə danışaraq, “Apple” rəhbərliyini “iPhone” istehsalını Çin Xalq Respublikasından ABŞ-a köçürmək prosesini bilərəkdən ləngitməkdə ittiham edib.

Navarro müsahibəsində bildirib ki, “Apple” rəhbəri Tim Kuk hələ Trampın birinci prezidentlik dönəmindən bu yana relokasiya üçün əlavə vaxt istəyir. Lakin müşavirin fikrincə, şirkət bu istiqamətdə kifayət qədər ciddi addımlar atmayıb. O, süni intellekt və müasir istehsal texnologiyalarının inkişafına baxmayaraq, “Apple”ın smartfon istehsalını ABŞ da daxil olmaqla digər ölkələrdə təşkil edə bilməməsinə təəccüb etdiyini bildirib.

Qeyd edək ki, bir çox sahə analitikləri və iqtisadçılar “Apple”ın istehsalat gücünü ABŞ-a köçürməsinin ciddi logistik, iqtisadi və kadr çətinlikləri yaradacağı barədə daha öncə xəbərdarlıq etmişdilər. Hazırda şirkət minlərlə komponenti 40-dan çox ölkədən tədarük edir.

Navarronun açıqlamaları Tramp administrasiyasının 2025-ci ilin aprelində elan olunmuş 90 günlük fasilədən sonra yeni gömrük rüsumları raunduna hazırlaşdığı dövrdə səslənib. Həmin dövr ticarət sazişlərinin yenilənməsi üzrə danışıqlara sərf olunub və nəticədə bir sıra ölkələrə ABŞ-a ixrac üçün 10%-dən 40%-ə qədər yeni tariflər tətbiq olunacaq.

Paşa Məmmədli
 

Избранный
41
50
valyuta.az

10Источники