RU

ABŞ Kiyevə silah tədarükünü bərpa edə bilər



ABŞ Roma və Kiyevdə iki ölkə nümayəndələrinin görüşlərindən sonra Ukraynaya bəzi silah növlərinin tədarükünü bərpa edə bilər.

Newscenter.az xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Ukraynanın yenidən qurulması üzrə Beynəlxalq Konfransda bu ölkənin müdafiə naziri Rustem Umerovla görüşəcək.

Pentaqon da ABŞ administrasiyasının Ukraynaya əlavə müdafiə silahları ötürmək planlarını təsdiqləyib.

Bundan əvvəl Tramp bildirib ki, ABŞ Kiyevə daha ​​bir neçə silah göndərəcək. Amerika liderinin izah etdiyi kimi, bu, ilk növbədə müdafiə silahlarıdır.

Mehman Mehdiyev
Избранный
39
36
newscenter.az

10Источники