RU

Yuxarı Qarabağ kanalında naməlum kişi meyiti tapıldı

Yuxarı Qarabağ kanalının Bərdə rayonu ərazisindən keçən hissəsində naməlum kişi meyiti tapılıb.

Heftelik.az Report-a istinadla xəbər verir ki, meyit Yuxarı Qarabağ kanalının rayonun Həsənqaya kəndində ərazisindən keçən hissəsində aşkar edilib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hazırda meytin kanaldan çıxarılması istiqamətində işlər görülür.
Faktla bağlı araşdırmaya başlanılıb.
Избранный
63
19
heftelik.az

10Источники