RU

“Vaxt uzadılmayacaq”

ABŞ prezidenti Donald Tramp tarif məktublarında qeyd olunan gömrük rüsum dərəcələrinin avqustun 1-dən tətbiq ediləcəyini və bu müddətin uzadılmayacağını qeyd edib.

Tramp məsələ ilə bağlı “Truth Social” hesabında paylaşım edib.

Tramp paylaşımında tarif məktublarına da toxunaraq, “Dünən müxtəlif ölkələrə göndərilən məktublara, eləcə də bu gün, sabah və yaxın bir neçə gün ərzində göndəriləcək məktublara görə, 1 avqust 2025-ci il tarixindən etibarən gömrük rüsumları ödənilməyə başlanacaq. Bu tarixlə bağlı heç bir dəyişiklik olmayıb və olmayacaq”, – deyib. Başqa sözlə, Tramp “faizlərin avqustun 1-dən etibarən toplanacağını” bəyan edərək, uzadılma verilməyəcəyini açıqlayıb.

ABŞ prezidenti Tramp dünən sosial media hesabında Tunis, Cənubi Koreya, Malayziya, Qazaxıstan, Yaponiya, Cənubi Afrika, Bosniya və Herseqovina, İndoneziya, Serbiya, Banqladeş, Tayland, Kamboca, Myanma və Laos kimi 14 ölkə üçün gömrük rüsumlarının dərəcələrini əhatə edən tarif məktublarını paylaşıb.

Избранный
26
vaxt.az

1Источники