ABŞ-ın sabiq prezidenti Donald Tramp milyarder İlon Maskın yeni siyasi partiya yaratması ilə bağlı açıqlama verib. Tramp bildirib ki, üçüncü bir partiyanın yaranması nə ona, nə də Respublikaçılar Partiyasına mane olmayacaq.
“Düşünürəm ki, bu, bizə kömək edəcək. Üçüncü partiya həmişə mənim üçün faydalı olub”, – deyə Tramp Nazirlər Kabinetinin iclasında bildirib.
Xatırladaq ki, daha əvvəl İlon Mask “Amerika Partiyası” adlı yeni siyasi partiyanın qeydiyyatı üçün sənədlər təqdim edib və bu təşəbbüsün “süper əyləncəli” olacağını vəd edib. Partiyanın xəzinədarı kimi isə Maskın rəhbərlik etdiyi Tesla şirkətinin maliyyə direktoru Vaybav Tanedji göstərilib.
Maskın sözlərinə görə, bu partiya 2028-ci ildə keçiriləcək ABŞ prezident seçkilərində
//Samir Qurbanov, Editor.az