RU

Viza almaq istəyənlərin nəzərinə

Bəzi vətəndaşlar Şengen vizasına müraciət etdikdən sonra imtina cavabı alırlar. Bu isə səyahət planlarını pozmaqla yanaşı, narahatlıq və suallar da doğurur. Bəs niyə vizalar rədd olunur və bu hallarda nə etmək lazımdır? Turizm eksperti Ceyhun Aşurov Metbuat.az-a açıqlamasında bildirib ki, Şengen vizası üçün müraciət edən vətəndaşa imtina verildikdə, adətən bunun səbəbləri izah edilmir. Çünki ölkələr öz qanunvericiliyinə əsaslanaraq sadəcə imtina verə bilərlər: “İmtinanın səbəbləri müxtəlif ola bilər: düzgün sənədlərin təqdim olunmaması, sənədlərin yetərli olmaması və ya hər hansı siyasi səbəb, potensial risklərin qiymətləndirilməsi və s. Belə hallarda bir müddət sonra yenidən viza müraciəti etmək mümkündür. Müraciət digər bir Şengen ölkəsinin səfirliyinə edilə bilər. Şengen zonasına daxil olmaq üçün bir neçə ölkənin səfirliyi vasitəsilə viza almaq mümkündür”. Ekspert qeyd edib ki, müraciət zamanı təqdim olunan sənədlər peşəkar şəkildə hazırlanmalı, bir-birinə zidd və ya natamam məlumatlar olmamalıdır. Adətən belə bir riskli hal olmadıqda və səfərin məqsədi açıq şəkildə ifadə olunduqda viza almaq olur.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
33
metbuat.az

1Источники