Operativ MM portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) tərəfindən dəmir yollarında aparılan təmir işləri səbəbindən Bakı-Balakən-Bakı marşrutu üzrə hərəkət qrafikində dəyişikliklər edilib.
ADY-dən "APA-Economics"ə verilən məlumata görə, Balakən istiqamətində səfər müddəti müvəqqəti olaraq 20 dəqiqə, Bakı istiqamətində isə 12 dəqiqə uzadılıb.
Təmir işləri bitdikdən sonra qatarlar əvvəlki qrafiklə hərəkətini davam etdirəcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.