RU

Manavqat Bələdiyyəsinin sədri həbs edilib

Türkiyənin Antalya vilayətinin Manavqat Bələdiyyəsinin sədri Niyazi Nefi Kara həbs edilib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Ümumilikdə isə Manavqat Bələdiyyəsi ilə bağlı rüşvət istintaqı çərçivəsində saxlanılan 31 şübhəlidən 25-i həbs edilib.

Qeyd edək ki, daha əvvəl Manavqat Bələdiyyə sədrinin müavini Mehmet Engin Tüter paxlava qutusunda 110 min avro rüşvət aldıqdan sonra saxlanılıb.

Избранный
50
25
apa.az

10Источники