RU

Almaniyanın naziri: Aİ Tramp ilə ədalətli ticarət sövdələşməsinə nail olmasa, əks tədbirlər görəcək

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 8 iyul, AZƏRTAC

Almaniyanın maliyyə naziri Lars Klinqbayl bəyan edib ki, Aİ Donald Trampdan ədalətli ticarət sövdələşməsinə nail olmayacağı təqdirdə ABŞ-a qarşı əks tədbirlər görməyə hazırdır.

AZƏRTAC “The Guardian”a istinadla xəbər verir ki, nazirin sözlərinə görə, sövdələşməni tez bir zamanda bağlamaq üçün Almaniya fəal şəkildə sövq edilir.

Nazir Almaniya Bundestaqında çıxışı zamanı bildirib: “Biz amerikalılarla razılaşmaq istəyirik, amma bunu sizə açıq deyəcəyəm: razılaşma ədalətli olmalıdır. Əgər biz ABŞ ilə ədalətli razılaşma əldə edə bilməsək, o zaman Aİ iqtisadiyyatımızı qorumaq üçün əks tədbirlər görməlidir. ABŞ-ın tarifləri Atlantik okeanının hər iki tərəfində iş yerlərini təhlükə altına qoyur. Bu ticarət müharibəsi hamımıza zərər verir və tezliklə dayandırılmalıdır”.

Onun bəyanatı İsveçin maliyyə naziri Elisabet Svantessonun ABŞ-ın avtomobillər, aviasiya və tibbi avadanlıqlara bəzi güzəştlər müqabilində Aİ ixracatının əksəriyyətinə 10 faizlik rüsum tətbiq etmək təklifini “həqiqətən pis addım” adlandırmasından sonra verilib. Belə ki, 10 faizlik rüsum Donald Trampın bu il hakimiyyətə gəlməsindən əvvəl Aİ mallarına tətbiq edilən orta tarifdən beş dəfə yüksəkdir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
26
1
azertag.az

2Источники