Astroloji proqnozlara əsasən, iyul ayının ikinci yarısında bəzi bürclər üçün maliyyə baxımından çətinliklər gözlənilir. Ulduzların düzülüşünə görə, tezliklə gözlənilməz xərclər, uğursuz sərmayələr və emosional alış-verişlər müəyyən bürclər üçün risk yarada bilər.
News24.az metbuat.az-a istinadla həmin bürcləri təqdim edir:
Əqrəb – Aldanma və gözlənilməz xərclərlə üzləşə bilərlər. Pul yatırımları və kredit məsələlərində diqqətli olmaq tövsiyə olunur.
Əkizlər – Emosional qərarlarla ani alış-verişlər bu bürc altında doğulanların büdcəsinə mənfi təsir göstərə bilər. Maliyyə intizamı önəmli olacaq.
Dolça – Sosial çevrədən gələn maddi təkliflər və ya borc istəkləri Dolçaları çətin vəziyyətə sala bilər.
Tərəzi – Estetik dəyişikliklər və şəxsi xərclər artacağı üçün balanslı yanaşma tələb olunur.