Rusiya Prezidenti Vladimir Putin yeni nəqliyyat naziri təyin edib.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Rusiya Prezidentinin fərmanı ilə bu posta Novqorod vilayətinin keçmiş qubernatoru və nəqliyyat nazirinin müavini Andrey Nikitin gətirilib.
Qeyd edək ki, ötən ilin may ayında bu vəzifəyə təyin olunan Kursk vilayətinin keçmiş qubernatoru Roman Starovoyt dünən Putin tərəfindən istefaya göndərilib. İstefadan bir neçə saat sonra onun yaşadığı Odintsovo rayonunun ərazisində güllə yarası almış meyiti tapılıb. Starovoytun intihar etdiyi bildirilib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта