RU

İspaniyada ənənəvi öküz qaçışı zamanı bir neçə nəfər xəsarət alıb

Bakı, 8 iyul, AZƏRTAC

İyulun 8-də Pamplonada keçirilən San-Fermin festivalının ikinci günündə minlərlə insanın bu orta əsr şəhərinin dar küçələrində çoxəsrlik ənənə olan öküz qaçışına qatıldığı zaman bir nəfər ağır, daha yeddi nəfər isə yüngül xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, şəhərin təcili yardım xidmətlərinin nümayəndəsinin sözlərinə görə, öküzün vurduğu kişi həkim nəzarətindədir və vəziyyəti sabitdir.

Müşahidəçilərin xüsusi tənqidinə səbəb olan məqam isə heyvanı və iştirakçıları qorumaq üçün nəzərdə tutulan qorumaların kifayət qədər fəal müdaxilə etməməsi olub. Digər öküzlərdən ayrı düşərək yad mühitdə qalan heyvan güclü stres əlamətləri göstərib, yaş döşəmədə sürüşüb, yerində fırlanıb və rastına çıxan hər şeyi buynuzları ilə vurub.

Öküz qaçışı zamanı döyüş öküzləri küçələrə buraxılır və arenaya doğru qaçırlar. Ənənəyə uyğun olaraq ağ köynək və qırmızı yaylıq geyinmiş yüzlərlə iştirakçı onlarla birlikdə qaçır.

Ernest Heminqueyin 1926-cı ildə yazdığı «Günəş də doğur» romanı ilə beynəlxalq şöhrət qazanan bu festival iyul ayının əvvəlində bir həftə davam edir.

Hər il İspaniyada keçirilən yüzlərlə belə öküz qaçışı zamanı iştirakçılar tez-tez müxtəlif xəsarətlər alırlar. Bu illər ərzində Pamplonada keçirilən festivalda azı 16 nəfər həyatını itirib.

Избранный
33
2
azertag.az

3Источники