RU

Yunanıstan Azərbaycandan 163 milyon dollarlıq təbii qaz alıb

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Yunanıstana 286,6milyon kubmetr həcmində təbii qaz ixrac edib.

Trend-in DövlətStatistika Komitəsindən əldə etdiyi məlumata görə, bu həcmdə təbiiqaz ixracından əldə olunan gəlir 163,4 milyon ABŞ dollarına bərabərolub.

Yunanıstana qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcmifadəsi ilə 28,6 milyon kubmetr və ya 9,1% azalıb, dəyər ifadəsiilə isə 30,7 milyon ABŞ dolları, yaxud da 23,1% çoxalıb.

Belə ki, 2024-cü ilin yanvar-aprel aylarında AzərbaycandanYunanıstana 315,2 milyon kubmetr həcmində, 132,7 milyon ABŞ dollarıdəyərində təbii qaz ixrac edilmişdi.

Qeyd edək ki, 2025-ci ilin ilk dörd ayında Azərbaycandan ixracedilmiş təbii qazın ümumi həcmi 8,2 milyard kubmetr, dəyəri isə 3,1milyard ABŞ dolları təkil edib. Bununla yanaşı, cari ilinyanvar-aprel aylarında Azərbaycana idxal edilən təbii qazın həcmi176,5 milyon kubmetr, dəyəri isə 27,2 milyon ABŞ dolları olub.

Xatırladaq ki, bu dövrdə Azərbaycandan Gürcüstana, Serbiyaya,Türkiyəyə, Bolqarıstana, İtaliyaya və Yunanıstana təbii qaz ixracedilib, Rusiya və Türkmənistandan isə idxal olunub.

Məqalədə:
Избранный
25
2
az.trend.az

10Источники