RU

Tramp bu ölkələrə rüsumlar tətbiq etdiyini açıqlayıb

ABŞ prezidenti Donald Tramp “Truth” sosial media hesabında Cənubi Koreya və Yaponiyanı hədəf alan tarif məktublarını paylaşıb.

Banco.az xəbər verir ki, ABŞ prezidenti Yaponiya və Cənubi Koreyaya göndərdiyi məktublarda avqustun 1-dən etibarən bu ölkələrdən ABŞ-a gələn bütün məhsullara əlavə 25 faiz gömrük rüsumunun tətbiq ediləcəyini açıqlayıb.

Məktublarda Tramp, ABŞ-ın əhəmiyyətli ticarət kəsirlərinə baxmayaraq, sözügedən ölkələrlə yalnız daha balanslı və ədalətli ticarət əsasında işləməyə davam edəcəyini söylədi.

Yaponiya və Cənubi Koreya ilə ticarət əlaqələrinin qarşılıqlı olmaqdan uzaq olduğunu müdafiə edən Tramp, buna görə də sizi dünyanın bir nömrəli bazarı olan ABŞ-ın fövqəladə iqtisadiyyatına qoşulmağa dəvət edirik deyib.

Tramp qeyd edib ki, yüksək tariflərdən qaçmaq üçün başqa ölkələr vasitəsilə daşınan mallar daha yüksək tariflərlə üzləşəcək.

“Lütfən, anlayın ki, 25 faiz ölkənizlə bizim aramızda olan ticarət kəsiri bərabərsizliyini aradan qaldırmaq üçün lazım olandan çox azdır”, - Tramp bildirib.

Избранный
12
1
banco.az

2Источники