RU

İşdən çıxarılandan sonra intihar edən nazir bu şəhərdə dəfn olunacaq

İntihar edən keçmiş nəqliyyat naziri Roman Starovoyt Moskvada deyil, Sankt-Peterburqda dəfn olunacaq.

Publika.az xəbər verir ki, bu barədə “Fontanka” məlumat yayıb.

Məlumatda bildirilir ki, hazırda orada sabiq nazirin atası və qardaşı yaşayır. Bu səbəbdən yaxınları dəfn mərasimini orada təşkil etmək qərarına gəliblər. Moskvada Mərkəzi Klinik Xəstəxananın meyitxanasında qapalı vida mərasimi keçiriləcək, bundan sonra Roman Starovoytun cənazəsi Sankt-Peterburqa aparılacaq.

Xatırladaq ki, Roman Starovoyt Kurskda anadan olub, lakin uşaqlığını Leninqrad vilayətindəki Sosnovıy Borda keçirib. Bundan əlavə, o, uzun müddət Sankt-Peterburqda işləyib.

Избранный
59
publika.az

1Источники