RU

PSJ-də ikiqat itki: FİFA cəzaladırdı

PSJ müdafiə xəttində ikiqat itki ilə üzləşib

Publika.az xəbər verir ki, Vilyan Paço və Lukas Ernandes klublararası dünya çempionatının qalan hissəsini buraxacaq.

Hər iki futbolçu turnirin 1/4 final mərhələsində "Bayern"ə qarşı 2:0 hesabı ilə qalib gəldikləri oyunda qırmızı vərəqə alıb. FİFA-nın intizam komitəsi hər iki oyunçunu iki matçlıq cəzalandırıb ki, bu da onların turniri erkən başa vurması deməkdir. Lakin PSJ bu qərardan apellyasiya şikayəti verə bilər.

Parislilər iyulun 9-da KDÇ-2025-in yarımfinalında "Real"la qarşılaşacaq. Qalib gələcəkləri təqdirdə, finalda "Çelsi" – "Fluminense" duelinin güclüsü ilə üz-üzə gələcəklər.

Избранный
78
publika.az

1Источники