Aktrisa Pərvin Abıyeva açıqlaması ilə diqqət çəkib.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, sənətçi nişanlanıb ailə quracağı ilə bağlı iddialara cavab verib.
O, sosial şəbəkə hesabında açdığı canlı yayımda barmağındakı təkqaş üzüklə bağlı suallara cavab verib:
"Çoxdan qalıb. O vaxtın mövzusudur. İndi də aksessuar kimi istifadə edirəm. Mənim üçün bitən bitir. Ayrıldımsa, getdi. Bir müdət varlığına öyrəşirsən, sonra yoxluğuna".