RU

Di Maria qayıtdı və göz yaşlarını saxlaya bilmədi

Anxel Di Marianın "Rosario Sentral" klubunun futbolçusu kimi təqdimatı baş tutub.

Publika.az xəbər verir ki, 37 yaşlı cinah oyunçusu karyerasına başladığı kluba qayıdıb və təqdimat zamanı emosiyalarını saxlaya bilməyib. Argentina millisi ilə dünya çempionu olan futbolçu təqdimat mərasimində göz yaşlarını gizlədə bilməyib.

"‘Rosario Sentral"a qayıtmaq hər zaman mənim məqsədim olub. Karyeramı burada başa vurmaq istəyirdim", – deyə Di Maria bildirib.

O, "Rosario Sentral" klubunun yetirməsidir. 2007-ci ildə Avropaya yollanaraq "Benfika", "Real", "Mançester Yunayted", PSJ və "Yuventus" kimi klublarda çıxış edib.

Избранный
36
publika.az

1Источники