RU

SOCAR-ın ümumi aktivlərinin həcmi 94,7 milyard manata çatıb

2024-cü il üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) ümumi aktivlərinin həcmi 31,6 faiz genişlənərək 94,7 milyard manata çatıb, şirkətin cəmi kapitalı 39,6 faizlik artımla 48,7 milyard manata yüksəlib.

SOCAR-ın məlumatına görə, kredit öhdəlikləri 2023-cü il ilə müqayisədə 2 milyard manat azaldılıb, lakin yeni biznes satınalmaları (“Cənub Qaz Dəhlizi” QSC, STAR zavodu) nəticəsində bu müəssisələrin 7,8 milyard manat kredit öhdəliyi SOCAR-ın mövcud kredit öhdəliklərinə əlavə olunub.

Həmçinin 2023-cü ildə SOCAR-ın borc öhdəlikləri birgə müəssisələrin borclarının yenidən maliyyələşdirilməsi ilə bağlı olaraq, 2,9 milyard manat artıb. Ümumilikdə düzgün maliyyə siyasəti nəticəsində son 3 il ərzində biznes satınalmalarını çıxmaqla SOCAR-ın kredit öhdəliyi 7,8 milyard manat, birgə müəssisələri nəzərə almaqla isə 10,6 milyard manat azalıb.

SOCAR-ın digər uzunmüddətli borc öhdəlikləri də nəzərə alındıqda isə ümumilikdə son 3 il ərzində biznes satınalmalarını və birgə müəssisələrin borclarının yenidən maliyyələşdirilməsini çıxmaqla SOCAR-ın kredit və uzunmüddətli borc öhdəlikləri 9,1 milyard manat, birgə müəssisələri də nəzərə almaqla isə 11,9 milyard manat azalıb.

Избранный
78
15
vergiler.az

10Источники