16 yaşlı qapıçı Damien Çex karyerasını İngiltərənin elit klubu “Fulhem”də davam etdirəcək.
90deqiqe.Az-ın “The Mirror”a istinadən yaydığı xəbərə görə, məşhur qapıçı Petr Çexin oğlu peşəkar müqaviləyə imza atıb. Müqavilənin müddəti 2 ildir.
Gənc qapıçı sosial şəbəkələrdə valideynləri ilə birgə müqavilə imzaladığı anın fotosunu paylaşaraq “Həmişə minnətdaram” sözlərini qeyd edib.
Damiən daha əvvəl “Çelsi” akademiyasında çıxış edib və 15 yaşında 18 yaşadək Çexiya yığmasında debüt edib.