RU

Mixail Qusman Prezident İlham Əliyevin medianın inkişafındakı rolu ilə bağlı konfransın keçirilməsini təklif edib

Bakı. Trend:

Prezident İlham Əliyevin medianın inkişafında oynadığı rolbarədə noyabr ayında konfrans keçirmək məqsədəuyğundur.

Trend xəbər verirki, bunu Rusiya TASS agentliyinin baş direktorunun birinci müaviniMixail Qusman Medianın İnkişafı Agentliyinin təşkilatçılığı iləkeçirilən “Ümummilli lider Heydər Əliyevin medianın inkişafındakırolu” mövzusunda konfransda deyib.

“Bu ilin noyabrında Azərbaycanın böyük Zəfərinin beş ili tamamolacaq. Bu barədə danışacaqlar, bu haqda yazacaqlar. Amma mənAzərbaycanın rəhbərliyinə müraciət etmək istərdim. Düşünürəm ki,noyabrda Prezident İlham Əliyevin medianın inkişafındakı rolu iləbağlı konfrans keçirmək məqsədəuyğun olardı. Bu, çox ədalətli vəlazımi bir konfrans olar”, – deyə o bildirib.

Qusman vurğulayıb ki, Prezident İlham Əliyevin 44 günlük Vətənmüharibəsi dövründə verdiyi müsahibələr – peşəkar jurnalistdiplomatiyasının, əslində, möhtəşəm bir nümunəsidir.

“Mən bilirəm ki, bu müsahibələrin toplandığı bir kitab var,lakin düşünürəm ki, bu, ayrıca müzakirəyə və təhlilə layiqdir. Əgərbelə bir konfrans keçirilsə, mən çox sevinərəm. Qabaqcadan iştiraküçün icazə istəyəcəyəm”, – deyə o əlavə edib.

Xəbər yenilənəcək

Məqalədə:
Избранный
54
2
az.trend.az

3Источники