Çıxışından sonra İclas zalını tərk etmək qərarına gələn Sarkisyan hakim “Vətəndaşmüqaviləsi” fraksiyasında olan deputat Vahe Qalumyanın hücumuna məruz qalıb.
“Artur Sarkisyan bu gün deputat toxunulmazlığından məhrum ediləcəyi üçün çıxışından sonra bir neçə saat ailəsi ilə birlikdə olmaq üçün iclas zalını tərk etmək qərarına gəldi. Lakin Vahe Qalumyan onun dalınca qaçaraq arxadan ona hücum çəkdi. Hücumda hakim partiyanın deputatlarının köməkçiləri də iştirak ediblər”,- Kristina Vardanyan deyib.
— Seymur Bakshev (@SBakshev) July 8, 2025
Bundan sonar Parlamentin sədrinin müavini Ruben Rubinyan fasilə elan edib.
![]() |
Ermənistan parlamentində qalmaqal |
Bu gün Ermənistan parlamentinin davam edən növbədənkənar sessiyasında isəölkənin baş prokuroru Anna Vardapetyan “Ermənistan” müxalifət blokundan olan deputat Artur Sarkisyana qarşı ictimai cinayət təqibinin başlanmasına razılıq verilməsi barədə vəsatət qaldırıb.
Bütün ittihamları rədd edən müxalifət bu hərəkətləri siyasi təqib və təzyiq kimi səciyyələndirir. Onun iddiasına görə, baş prokuror Anna Vardapetyan hazırkı hakimiyyətin maraqlarına xidmət edir.
— Seymur Bakshev (@SBakshev) July 8, 2025
Sahil İsgəndərov
AzVision.az